“Məsuliyyətli vətəndaş jurnalisti ol” layihəsinə start verildi



qhtxeber.az// “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi “Məsuliyyətli vətəndaş jurnalisti ol” adlı layihənin icrasına başlayıb.
İctimai Birlikdən qhtxeber.az-a verilən məlumata əsasən, layihənin məqsədi 15-30 yaş arası gənclərə vətəndaş jurnalistikası, video jurnalistika sahəsində bilik və bacarıqlar vermək, onlarda video vasitəsilə icmalarında olan problemlərə yaradıcı yanaşmanı formalaşdırmaq, müasir informasiya vasitələrindən istifadə etməklə hazırladıqları video layihələri geniş ictimaiyyətin diqqətinə çatdırmaqda yardım etməkdən ibarətdir.Layihə çərçivəsində qeyri-formal və interaktiv təhsil metodu vaitəsilə Azərbaycanın müxtəlif regionlarından olan 20 nəfər gənc iştirakçı üçün 9 günlük 1 ədəd TOT və regionlarda 200 nəfər gənci əhatə edən iki günlük təlimlərin keçirilməsi nəzərdə tutulub.
Nəticədə gənclər ətraflarında baş verən proseslərə videonun gözü ilə baxmağı, proseslərə vətəndaş jurnalisti olaraq yanaşmağı öyrənəcək və problemlərin həllinə yönələn fəaliyyət göstərməklə icması üçün töhfə vermiş olacaq. Gənclərin hazırlayacaqları video materialların sərgilənməsi onların bu sahəyə olan maraqlarını artıracaqdır.
Qeyd edək ki, layihə ABŞ-Azərbaycan Media İnkişafı Fondu tərəfindən maliyyələşdirilir və 8 ay müddətində həyata keçiriləcəkdir.