Açıq Cəmiyyət İnstitutunun Yardım Fondu Gənclər Proqramı “Sosial Çarxını və Fotonu Özün Yarat” adlı fərdi qrant müsabiqəsi elan edib.
SalamNews xəbər verir ki, video-foto müsabiqəsinin mövzuları “İctimai səhiyyə proqramı”, “Əlilliyi olan insanların hüquqları” ,“Vərəm – səni və məni ayıra bilməz” ,“Narkotik istifadəsinə qarşı ilkin profilaktikası” üzrədir. Yaradılan sosial çarxın və ya fotonun hədəfi gənclər olmalı və özündə müsbət mesaj ehtiva etməlidir. Etnik və ya dini diskriminasiyanı təşviq edən, əxlaqa zidd kadrların (səhnələrin) yer aldığı və həmçinin siyasi mövzuları əhatə edən çarxlar müsabiqəyə buraxılmır. Müsabiqənin qaliblərinə pul mükafatı veriləcək.
QHT və ya gənclər təşkilatları üçün nəzərdə tutulmayan müsabiqədə bütün kateqoriyalara mənsub olan gənclər həm fərdi, həm də kollektiv şəkildə iştirak edə bilərlər.
Müsabiqə haqqında daha ətraflı məlumat sasgarova@osi-az.org elektron ünvanında yerləşdirilib.
