QHT beynəlxalq təşkilatlar və səfirliklərə müraciət etdi



Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində baş verən dəhşətli hadisə ilə bağlı Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara və diplomatik nümayəndəliklərə, həmçinin əməkdaşlıq etdiyi xarici QHT-lərə müraciət edib. QHT müraciətində erməni vandalizminə və uşaq qatilinə çevrilməsinə dünya birliklərinin göz yummasından narahatlıq keçirdiyini 
bildirib: “Zamay-zaman ermənilər azərbaycanləları soyqırıma məruz qoyub. 1905, 1918-20-ci, 1948-53-cü və 1988-90-cı illərdə ermənilər azərbaycanləlara qarşı törətdikləri soyqırımda yüzlərlə uşagın da qanına bais olublar. Bu ssenari hələ də təkrarlanır. Təkcə Xocalı soyqırımında 63 uşağın gözləri çıxarıldı, başları kəsildi, 76-sı isə əlil oldu. O vaxtı dünya birlikləri ermənilərin bu vəhşiliklərinə göz yummasaydılar bu gün 10 yaşlı Fariz, 13 yaşlı Aygün kimi uşaqlarımız erməni vandalizminin qurbanına çevrilməzdilər”. QHT beynəlxalq təşkilatlar və səfirlikləri ermənilərin vandalizm aktlarına son qoymağa çağırıb. Bu təkcə azərbaycanlı uşaqlarına deyil, bütün bəşəriyyət əleyhinə cinayətdir. Bunun qarşısının almaq vaxtı yetişib.

Xatırladaq ki, partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub. Onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb. Məlumata görə, partlayıcı qurğu quraşdırılmış “itəbənzər” uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Elsəvər Həsən oğlu Cəfərov və Aygün Zirəddin qızı Şahmalıyeva oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman A.Şahmalıyeva oyuncağı masanın üstünə vurub. Nəticədə partlayış baş verib.