Müstəqilliyimizlə bağlı ADİİM-də toplantı keçirilib


Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) öz qərargahında Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ilə bağlı toplantı keçirib. Mərkəzin sədri Cavid Şahverdiyev çıxışında toplantı iştirakçılarına müstəqilliyimizin heç də asanlıqla qazanılmadığını bildirib.O, bildirib ki, Azərbaycan müstəqilliyinə nə qədər çətinliklə nail olsa da bir o qədər onun qorunub saxlanılmasına çalışır: "Bu günün özündə də Müstəqil Azərbaycanın mövcudluğundan, inkişaf etməsindən narahatlıq keçirən daxili və xarici qüvvələr mövcuddur. Onlar Azərbaycanın müstəqilliyini həzm edə bilmədiklərindən hər vəchlə ölkədə dövlət çevrilişlərinə, vətəndaş qarşıdurmasına cəhdlər ediblər. Lakin onlar niyyətlərinə çatmayıblar və heç vaxt çatmayacaqlar. Çünki Azərbaycanın müstəqilliyi etibarlı əllərdədir". C.Şahverdiyev daha sonra Azərbaycanın müsəqillik dövründə əldə etdiyi uğurlardan danışaraq bu istiqamətdə işlərin davam etdiyini bildirib: "Azərbaycan bu gün təkcə regionun lideri deyil, eləcə də dünyanın aparıcı dövlətləri sırasındadır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir. Bir sıra iri iqtisadi layihələrə imza atmaqla beynəlxalq aləmdə mövqeyini möhrəmləndirməkdədir. Bütün sahələrdə uğurlar əldə edilsə də Dağlıq Qarabağ münaqişəsinin həllində hələ ki, müəyyən obyektiv və subyektiv səbəblərdən istəyimizə nail ola bilmirik. Amma unutmayaq ki, güclü və düdrətli ordumuz var". Daha sonra tədbir iştirakçıları müstəqilliyimizlə bağlı fikir və mülahizələrini bölüşüblər.