Müstəqilliyimizlə bağlı ADİİM-də toplantı keçirilib
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) öz qərargahında Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ilə bağlı toplantı keçirib. Mərkəzin sədri Cavid Şahverdiyev çıxışında toplantı
iştirakçılarına müstəqilliyimizin heç də asanlıqla qazanılmadığını bildirib.O, bildirib ki, Azərbaycan müstəqilliyinə nə qədər çətinliklə nail olsa da bir o qədər onun qorunub saxlanılmasına çalışır: "Bu günün
özündə də Müstəqil Azərbaycanın mövcudluğundan, inkişaf etməsindən narahatlıq keçirən daxili və xarici qüvvələr mövcuddur. Onlar Azərbaycanın müstəqilliyini həzm edə bilmədiklərindən hər vəchlə ölkədə
dövlət çevrilişlərinə, vətəndaş qarşıdurmasına cəhdlər ediblər. Lakin onlar niyyətlərinə çatmayıblar və heç vaxt çatmayacaqlar. Çünki Azərbaycanın müstəqilliyi etibarlı əllərdədir". C.Şahverdiyev daha sonra Azərbaycanın müsəqillik dövründə əldə etdiyi uğurlardan danışaraq bu istiqamətdə işlərin davam etdiyini bildirib: "Azərbaycan bu gün təkcə regionun lideri deyil, eləcə də dünyanın aparıcı dövlətləri sırasındadır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir. Bir sıra iri iqtisadi layihələrə imza atmaqla
beynəlxalq aləmdə mövqeyini möhrəmləndirməkdədir. Bütün sahələrdə uğurlar əldə edilsə də Dağlıq Qarabağ münaqişəsinin həllində hələ ki, müəyyən obyektiv və subyektiv səbəblərdən istəyimizə nail ola bilmirik.
Amma unutmayaq ki, güclü və düdrətli ordumuz var". Daha sonra tədbir iştirakçıları müstəqilliyimizlə bağlı fikir və mülahizələrini bölüşüblər.
____________________________________________________________________
QHT beynəlxalq təşkilatlar və səfirliklərə müraciət etdi
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində baş verən dəhşətli hadisə ilə bağlı Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara və diplomatik nümayəndəliklərə, həmçinin əməkdaşlıq etdiyi xarici QHT-lərə müraciət edib. QHT müraciətində erməni vandalizminə və uşaq qatilinə çevrilməsinə dünya birliklərinin göz yummasından narahatlıq keçirdiyini
bildirib: “Zamay-zaman ermənilər azərbaycanləları soyqırıma məruz qoyub. 1905, 1918-20-ci, 1948-53-cü və 1988-90-cı illərdə ermənilər azərbaycanləlara qarşı törətdikləri soyqırımda yüzlərlə uşagın da qanına bais olublar. Bu ssenari hələ də təkrarlanır. Təkcə Xocalı soyqırımında 63 uşağın gözləri çıxarıldı, başları kəsildi, 76-sı isə əlil oldu. O vaxtı dünya birlikləri ermənilərin bu vəhşiliklərinə göz yummasaydılar bu gün 10 yaşlı Fariz, 13 yaşlı Aygün kimi uşaqlarımız erməni vandalizminin qurbanına çevrilməzdilər”. QHT beynəlxalq təşkilatlar və səfirlikləri ermənilərin vandalizm aktlarına son qoymağa çağırıb. Bu təkcə azərbaycanlı uşaqlarına deyil, bütün bəşəriyyət əleyhinə cinayətdir. Bunun qarşısının almaq vaxtı yetişib.
Xatırladaq ki, partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub. Onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb. Məlumata görə, partlayıcı qurğu quraşdırılmış “itəbənzər” uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Elsəvər Həsən oğlu Cəfərov və Aygün Zirəddin qızı Şahmalıyeva oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman A.Şahmalıyeva oyuncağı masanın üstünə vurub. Nəticədə partlayış baş verib.
____________________________________________________________________
______________________________________________________________________
Açıq Cəmiyyət İnstitutu Yardım Fondu - Soros Fondu 2011-ci il “Media və ictimai vəsaitlərin şəffaflığı” layihəsi çərçivəsində jurnalist müsabiqəsi elan edir. Müsabiqədə iqtisadiyyat (ictimai vəsaitlərin istifadəsində hesabatlılıq, şəffaflıq və səmərəlilik) sahəsində təcrübəsi olan peşəkar yazarlar, o cümlədən adıçəkilən sahəyə marağı olan və özünü sınamaq istəyən jurnalistlər iştirak edə bilərlər. Araşdırmalar iki mərhələli qiymətləndirmə sistemi ilə seçiləcək. İlk mərhələdə seçilmiş mövzular üzrə konsepsiya təqdim edilməli və yalnız birinci mərhələdə uğurlu olan konsepsiya müəllifləri ikinci mərhələdə araşdırma yazısı hazırlamalıdırlar. Araşdırma mövzularının seçimində təklif olunan məsələlərin sosial-iqtisadi aktuallığı, hazırkı dövr üçün ictimai əhəmiyyəti, həmçinin təklif olunan araşdırma istiqamətləri üzrə xərclənən ictimai vəsaitlərin həcmi kimi meyarlar əsas götürülür və aşağıdakı araşdırma istiqamətləri təklif olunur: 1) “Ekologiya ili” layihəsinə hökumətin xərclədiyi vəsaitlərlə bağlı araşdırma; 2) Ölkənin regionlarının içməli su təchizatı və kanalizasiya sisteminin qurulması layihələrinə dövlət büdcəsi və hökumət zəmanətilə alınan kreditlər hesabına sərf olunan vəsaitlərin araşdırılması; 3) Kənd yollarının çəkilməsinə sərf olunan büdcə vəsaitləri ilə bağlı araşdırma; 4) Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına sərf olunacaq xərclərlə bağlı araşdırma; 5) “Avroviziya” müsabiqəsinin təşkili ilə bağlı xərcləmələrə dair araşdırma; 6) İctimai vəsaitlər hesabına əvvəlki illərdə inşa olunan sosial və infrastruktur təyinatlı obyektlərin (olimpiya-idman komplekslərinin, hava limanlarının, müalicə-diaqnostika mərkəzlərinin) fəaliyyətinin araşdırılması; 7) Jurnalistlərin yuxarıda təqdim olunan meyarlara uyğun gələn ictimai vəsaitlərin istifadəsi ilə bağlı hər hansı sərbəst mövzu üzrə araşdırma. Konsepsiyalar oktyabrın 20-dək təqdim olunmalı, fnajafova@osi-az.org ünvanına “müsabiqə üçün” başlığı altında və ya H. Əliyev, 117 A ünvanına göndərilməlidir. |
_________________________________________________________________________________
Şuranın dəstəyi ilə Milli Qəhrəmanlarla bağlı həyata keçirilən layihəyə yekun vurulub
Q.Budaqova deyib ki, Milli Qəhrəmanlar və onların ailə üzvləri 2005-ci ildən ayda 600 manat təqaüd alır: “2005-ci ildən bu yana inflyasiya nəzərə alınmayıb və nəticədə bu vəsait Milli Qəhrəmanların və onların ailə üzvlərinin problemlərinin həllinə, sosial rifahlarına bəs etmir”.
İctimai birlik sədrinin müavini Tərlan Eyvazovun sözlərinə görə, layihənin büdcəsi 3200 manat təşkil edib. “Hesab edirəm ki, layihə çərçivəsində qarşıya qoyulmuş məqsədlər yerinə yetirilib. Bunlardan ən vacibi Azərbaycanın Milli Qəhrəmanlarının statusu haqqında qanunun qəbul olunmasının zəruriliyi ilə bağlı tədbirlərimiz oldu” deyən T.Eyvazov bildirib ki, layihə çərçivəsində Milli Qəhrəmanların və onların ailələrinin sosial problemlərinin aradan qaldırılması istiqamətində fikirlər səsləndirilib, təkliflər ortaya qoyulub. “Millli Qəhrəman ailələri ilə görüşlər oldu. Milli Qəhrəmanların ailələrinin problemləri ilə bağlı icra strukturlarına, Bakı şəhər İcra Hakimiyyətinə məktublar göndərildi”.
ATMİA-nın prezidenti Yaşar Cəfərli layihəni uğurlu hesab edib: “Layihə çərçivəsində 5 tədbir nəzərdə tutulmasına baxmayaraq 10 tədbir keçirilib. Layihə çox dəyərli layihə idi. Bu layihə çərçivəsində proseslər davam etdiriləcək. Lazımdır ki, layihə çərçivəsində işləri daha da sürətləndirək. Beləcə ciddi səmərə əldə edə bilərik”, - deyə o bildirib. O qeyd etdi ki, Milli Qəhrəmanlar və onların ailələrinin Statusu haqqında qanunun qəbul edilməsi istəyilə Azərbaycan prezidentinə müraciətin imzalanması kampaniyası həyata keçiriləcək.
_______________________________________________________________________
“Məsuliyyətli vətəndaş jurnalisti ol” layihəsinə start verildi
İctimai Birlikdən qhtxeber.az-a verilən məlumata əsasən, layihənin məqsədi 15-30 yaş arası gənclərə vətəndaş jurnalistikası, video jurnalistika sahəsində bilik və bacarıqlar vermək, onlarda video vasitəsilə icmalarında olan problemlərə yaradıcı yanaşmanı formalaşdırmaq, müasir informasiya vasitələrindən istifadə etməklə hazırladıqları video layihələri geniş ictimaiyyətin diqqətinə çatdırmaqda yardım etməkdən ibarətdir.Layihə çərçivəsində qeyri-formal və interaktiv təhsil metodu vaitəsilə Azərbaycanın müxtəlif regionlarından olan 20 nəfər gənc iştirakçı üçün 9 günlük 1 ədəd TOT və regionlarda 200 nəfər gənci əhatə edən iki günlük təlimlərin keçirilməsi nəzərdə tutulub.
Nəticədə gənclər ətraflarında baş verən proseslərə videonun gözü ilə baxmağı, proseslərə vətəndaş jurnalisti olaraq yanaşmağı öyrənəcək və problemlərin həllinə yönələn fəaliyyət göstərməklə icması üçün töhfə vermiş olacaq. Gənclərin hazırlayacaqları video materialların sərgilənməsi onların bu sahəyə olan maraqlarını artıracaqdır.
Qeyd edək ki, layihə ABŞ-Azərbaycan Media İnkişafı Fondu tərəfindən maliyyələşdirilir və 8 ay müddətində həyata keçiriləcəkdir.