ABŞ səfirliyi alimlər üçün təqaüd proqramı elan edib



ABŞ-ın Azərbaycandakı səfirliyi 2012-2013-cü tədris ili üçün illik Fulbright Alimlər üçün Təqaüd Proqramını elan edib.
AzərTAc xəbər verir ki, proqram üçün namizədlərin seçilməsi açıq müsabiqə əsasında ABŞ səfirliyinin ictimai işlər bölməsi tərəfindən həyata keçirilir.
Tədqiqatçılar, universitet mühazirəçiləri, hökumət və qeyri-hökumət strukturlarının mütəxəssisləri bu proqramda iştirak edə bilərlər.
Namizəd Azərbaycan vətəndaşı olmalı, şifahi və yazılı ingilis dilini bilməlidir.
Maraqlananlar https://apply.embark.com/student/fulbright/scholars ünvanında verilmiş online ərizə formasını doldurmalıdırlar. Ərizələr dekabrın 5-dək qəbul ediləcək.
Qalib namizədlərlə 2012-ci ilin yanvarında müsahibə aparılacaq.
Ətraflı məlumat üçün ABŞ səfirliyi ilə əlaqə saxlamaq lazımdır. Ünvan: Azadlıq prospekti, 83. tel: 498-03-35, e-mail: bakuEducation@state.gov