Şuranın hazırladığı yeni qanun layihələri müzakirə edildi



qhtxeber.az// Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədilə hazırladığı yeni qanun layihələrinin ictimai müzakirəsi başlandı.

Bu gün “Park İnn” otelində hökumət nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatlar və yerli QHT təmsilçilərinin iştirakı ilə “İctimai iştirakçılıq haqqında” və “Peşə birlikləri haqqında” qanun layihələri müzakirə edildi. Dəyirmi masanı açan Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev qanun layihələrinin ictimai fəaliyyət üçün böyük əhəmiyyət kəsb etdiyini və onların QHT qanunvericiliyinin möhkəmləndirilməsində müsbət rol oynayacağını vurğuladı. qhtxeber.az Şura sədrinin çıxışının tam mətnini təqdim edir:
Hörmətli millət vəkilləri, QHT nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri!
Hər şeydən öncə Şuranın dəvətini qəbl edib belə bir vacib məslənin – iki qanun layihəsinin ictimai müzakirəsinə toplaşdığınıza görə minnətdarlığımı bildirirəm. Qeyd edtdiyim kimi, bu gun biz 2 qanun layihəsinin ictimai müzakirəsini keçirəcəyik. Bu qanun layihələri haqqında sizə əvvəlcədən məlumat verilib. Onlardan birincisi “Peşə birlikləri haqqında”, ikincisi isə “İctimai iştirakçılıq haqqında” Qanun layihələridir. Bu qanun layihələri Şura tərəfindən təxminən 5-6 ay öncə hazırlanmağa başlanıb. Qanun layihələrinin hazırlanması üçün işçi qrupları yaratmışıq. Ümumiyyətlə bildirim ki, Şura ilin əvvəlində belə bir qərar qəbul etdi ki, 4 qanun layihəsi hazırlansın. Bu qanun layihələrindən ikisi indi sizin ictimai müzakirənizə verilir, digər ikisi isə təxminəın gələn ayın əvvəllərində müzakirəyə çıxarılacaq. Bu müddət ərzində işçi qrupu hər iki layihə üzərində çox ciddi iş aparıb. Azərbaycanda olan digər qanunların analizini aparıb, bir daha həmin qanunlar öyrənilib. Təqdim olunan layihələrlə bilavasitə bağlılıq araşdırılıb, eyni zamanada beynəlxalq təcrübə öyrənilib. Düşünürəm ki, bu qanun layihələri üctimai müzakirəyə tam hazırdır. Birinci qanun layihəsi “Peşə birlikləri haqqında” qanun layihəsidir. Bu qanun layihəsi peşə birliklərini özünü tənzimləmə məqsədilə yaradılmış, bütövlükdə üzvlüyə əsaslanan, peşəkar fəaliyyətlə məşğul olan subyektlərin fəaliyyətini tənzimləmək məqsədi daşıyır. Bu layihə 3 bənd, 25 maddədən ibarətdir. Yəqin ki bununla bağlı qanun layihəsini hazırlayan ekspert qrupunun üzvləri daha ətraflı məlumat verəcəklər. Sual oluna bilər ki, bu layihəyə nə ehtiyac var? Bir halda ki, “QHT-lər haqqında” qanun mövcuddur. Bu sualın sadə bir cavabı olacaq ki, qeyd etdiyimiz qanun məhz peşə birliklərinin fəaliyyətini tam tənzimləyə bilmir. Ümumiyyətlə beynəlxalq təcrübədə peşə birlikləri haqqında ayrıca qanun var. Düşünürəm ki, bu da həmin sahənin inkişafını tənzimləyir.
“İctimai iştirakçılıq haqqında” qanun layihəsinə gəldikdə isə, bu, nisbətən Azərbaycanda yeni anlayış, yeni yanaşmadır. Məsələ burasındadır ki, biz hər zaman ictimai iştirakçılıqdan, ictimai nəzarətdən danışırıq. Amma bunun konkret olaraq hansı mexanizmlə işləndiyini, bu iştirakçılığın əsaslarının nədən ibarət olduğunu tam müəyyənləşdirə bilməmişik. Hesab edirəm ki, bu qanuh layihəsi məhz bu boşluğun aradan qaldırılmasına öz töhvəsini verəcəkdir. İctimai iştirakçılıqda əsasən dövlət və cəmiyyətin müztəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi, bu prosesdə bilavasitə vətəndaşların iştirakı nəzərdə tutulur. Eyni zamanda, ictimai nəzarətin həyata keçirilməsində vətəndaşlara əlavə üstünlük verir, nəzarət mexanizmini daha da təkmilləşdirir. Xatırlatmaq istəyirəm ki, hələ bir neçə ay öncə cənab Prezident də görüşlərinin birində ictimai nəzarətin vacibliyi ilə bağlı xüsusi fikirlər səsləndirmişdi. Hesab edirəm ki, biz həm də bundan ruhlanaraq belə bir layihənin hazırlanmasını vacib hesab etdik.
Bundan sonra “Peşə birlikləri haqqında “ və “İctimai iştirakçılıq haqqında” qanun layihələrini müvafiq işçi qruplarının rəhbərləri-Milli Məclis Aparatının sektor müdiri Adil Vəliyev və Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev təqdim etdilər.

Müzakirələrdə çıxış edən Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin qanunvericilik və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, millət vəkilləri Fazil Mustafa, Musa Quliyev, Çingiz Qənizadə, Əli Məsimli, eləcə də dövlət qurumları, beynəlxalq və yerli QHT təmsilçiləri Aydın Kərimov, Hafiz Həsənov, Ülvi İsmayıl, Elvin Əliyev, Abil Bayramov, Novella Cəfəroğlu, Sevgim Rəhmanov, Seymur Yusifov, Fuad Babayev və başqaları qanun layihələrinə aid təklif və tövsiyələrini bildirdilər.
Qeyd edildi ki, ictimai müzakirələrin səmərəli və onlayn davam etdirilməsi üçün qanun layihələri Şuranın saytlarında xüsusi bölümlərə yerləşdirilsin ki, onlarla tanış olan hər kəs öz əlavə və təkliflərini işçi qrup rəhbərlərinə ünvanlaya bilsin. Həmçinin, qanun layihələrinin peşəkar hüquqşünaslardan ibarət daha məhdud çərçivədə müzakirə edilməsi və ayrı-ayrı müddəalar üzrə əlavə və təkliflərin konkretləşdirilməsi işçi qruplarına tövsiyə edildi.