

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) Rusiya Xalq Cəbhəsi Hərəkatına və Beynəlmiləlçi Rusiya Bəyannaməsinə üzv qəbul edilib.
C.Şahverdiyev onu da qeyd edib ki, ADİİM Rusiya vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlıq edir. ADİİM sədri onu da deyib ki, Putinin namizədliyini dəstəkləmək Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət deməkdir: «Biz bu təbliğatı aparmaqla Rusiyada yaşayan yüz minlərlə soydaşımızı ölkənin ictimai-siyasi həyatında fəallığa cəlb edəcəyik. Rusiya Xalq Cəbhəsi Hərəkatı təsisçilərinin sayı 240-dır. Onların 53-nü ermənilər təşkil edir. Amma Azərbaycandan isə bu say 3-dür. Fikir verirsinizmi, ermənilər Putinin prezident seçilməsi təbliğatında necə fəallıq nümayiş etdirirlər. Axı Putinin yenidən prezident seçiləcəyi şübhəsizdir. Onlar bu təbliğatla öz məqsədlərinə çatmaq istəyirlər». ADİİM sədri seçkilər öncəsi Rusiyada təbliğat kampaniyasına başlayacaqlarını bildirib.
ADİİM mətbuat xidməti