![]() |
Cavid Şahverdiyev |
- Öncə mərkəziniz haqqında danışın
- Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi 2001-ci ildə yaradılsa da, 2007-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanda demokratik islahatların inkişafına dəstək və bu sahədə hakimiyyətin gördüyü işlərin monitorinqini aparmaq, cəmiyyətdəki demokratiyanın, fikir rlüralizmin dərinləşməsinə, islahat təşəbbüslərini müdafiə etməkdir. Mərkəzin 1225 üzvü var. Mərkəzimizə sədr rəhbərlik edir. Onun müavini, İdarə Heyəti, Nəzarət-Təftiş komissiyası da fəaliyyət göstərir. Ölkənin hər bir regionunda mərkəzimizin yerli ofislərini açmaq fikrindəyik. Artfq bu istiqamətdə işlərimiz yekunlaşmaq üzrədir.
- Kuruluşunuzun çalışmaları hakkında bilgi verirmisiniz.
- Mərkəzimiz yarandığı və qeydiyyatdan keçdiyi gündən yalnız obeyktiv fəaliyyət göstərib. Apardığı monitorinqlər və sorğularda yalnız obyektivlik qorunub saxlanılıb. Həm 2003-cü il, 2008-ci il prezident seçkiləri öncəsi, həm də 2005-ci il, 2010-cu il parlament seçkiləri öncəsi regionlarda aparılan sorğular tam təfərrüatı ilə ictimaiyyətə açıqlanıb. İki dəfə – 2010-cu və 2011-ci illərdə Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqələrdə qalib olmuşuq. Bir neçə yerli QHT-lərlə də sıx əməkdaşlıq edirik. QHT-lər tərəfindən yaradılan heç bir alyansın üzvü deyilik. Müstəqil fəaliyyət göstəririk.
- Bəs xarici əlaqələriniz barəsində nə deyə bilərsiniz?
- Ukrayna, Belorusiya, Qazaxıstan və Rusiyanın bir neçə QHT-i ilə əlaqələrimiz mövcuddur. Bizimlə əməkdaşlıq etmək üçün Ermənistandan da belə bir dəvət olunub. Amma biz onların dəvətlərini Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək, torpaqlarımızı işğal etməyənədək qəbul etməyəcəyimizi bildirmişik. Cənubi Osetiya və Abxaziya kimi tanınmamış respublikalardan da bizə dəvətlər olunub. Amma onlar da tanınmamış respublikalar olduğundan bu dəvətləri dəyərləndirməmişik. Hətta bizə Qafqaz QHT-ləri Alyansının yaradılması da təklif olunub...
- Mərkəziniz beynəlxalq tədbirlərə qatılıbmı?
- Belə dəvətlər çox alırıq. Amma çox vaxt maliyyə problemi üzündən bunların hamısını reallaşdıra bilmirik. Amma MDB Dövlətləri İnstitutu tərfindən edilən iki dəvətdən birini qəbul etdik. Birinci dəvət bizə 2010-cu il mayın 24-25-də olunmuşdu. İnstitut Ermənistanda Cənubi Qafqazdakı problemlərin həllinin müzakirəsini təşkil etmişdi. Amma Ermənistanda keçirildiyi üçün bu dəvəti qəbul etmədik. Düzdür, ilkin razılıq vermişdik. Hətta bu barədə Ermənistan rəhbərliyinə də məlumat verilmişdi. Onlar da bizim təhlükəsizliyimizin təminatına söz vermişdilər. Lakin erməni mətbuatının Azərbaycana və azərbaycalılara qarşı qərəzli mövqedə olduqlarını nəzərə alıb, ora getməkdən imtina etdim. Bilirdim ki, orada deyəcəklərimiz ictimaiyyətə başqa formada çatdırılacaqdı. İkinci bir tədbir isə həmin institutun 15 illik yubileyi ilə bağlı bu ilin mayın 23-25-də keçirildi, özü də Moskvada. Amma onu da deyim ki, həmin institutun rəhbəri Dumanın deputatı Konstantin Zatulin Dağlıq Qarabağa səfər etdiyinə və ermənilərin dostu olduğuna görə Azərbaycanda «arzu olunmayan» şəxsə çevrilib. "Azərbaycanlılar ermənilərlə üz-üzə gələ bilməkdən çəkinirlər" və yaxud da "hansısa müzakirələrdən qaçırlar" düşünməsinlər deyə, bu dəfə Moskvaya getmək qərarını verdik. Amma elə tədbirin ilk günündə Zatulinin "Dağlıq Qarabağ Resrublikası" ifadəsini işlədib oranın "xarici işlər naziri" deyib, Atacanyan Abqaroviçə söz verməsi bizim hiddətimizə səbəb oldu. Abqaroviç seraratçı reyimin rəhbəri Bako Saakyanın və "XİN"in təbrik məktubunu oxudu. Məktubda "Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün əlindən gələn böyük köməkliyə görə, "Zatulinə minnətdarlıq ifadə olunurdu. Zatulun hər iki məktubu böyük sevinclə qəbul etdi. Biz isə öz etirazımızı həm şifahi, həm də yazılı surətdə Zatulinə verib tədbiri tərk etdik. Etiraz məktubunda Zatulinin nəzərinə çatdırdıq ki, dünyanın heç bir dövləti, o cümlədən Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımadığı halda belə beynəlxalq tədbirlərdə onu "DQR" kimi ictimaiyyətə çatdırmağın özü münaqişənin sülh yolu ilə həllini çətinləşdirməyə xidmət edir. Tədbirdə iştirak edən yerli yurnalistlərlə isə əlaqələr yarada bilmədik. Çünki onların tədbirdən çıxmasına icazə verilməmişdi. Bizim isə tədbirin keçirildiyi "Prezident otel"in qarşısında gözləməyə vaxtımız yox idi. Çünki bu xəbəri Azərbaycana da ötürmək lazım idi. Tədbiri tərk edib üz tutduğumuz ilk ünvan Azərbaycanın Rusiyadakı səfirliyi oldu. Səfirliyin rəsmisi Fəridə Ağazadəni bu barədə məlumatlandırdıqdan sonra internet vasitəsilə məlumatı Azərbaycan mediasına ötürdük. Axşam saatlarında yenidən internetə girib Rusiya saytlarından bu barədə məlumat əldə etdik. Şahidi olduq ki, "Novosti Armenia" (www.newsarmenia.ru) agentliyi bu tədbirlə bağlı 26.05.2011 saat 16:39-da verdiyi xəbərdə Dağlıq Qarabağı tanınmamış resrublika kimi təqdim edib. Görünür, bizim etirazımız öz nəticəsini vermişdi. İnstitutun öz saytından tutmuş digər saytlarda isə, ümumuyyətlə, bu məsələyə toxunulmadı.
- Azerbaycanda demokratik reformların gelişimi beklentilere cevar verebiliyor mu
- Azərbaycanın bütün sahələrində islahatlar aparılmaqdadır. Bu islahatların nəticəsində Azərbaycan nəinki Cənubi Qafqazda, həmçinin dünyada böyük nüfuz sahiblərinin birinə çevrilib. Düzdür, bu sahədə də prorblemlərimiz mövcuddur. Amma müharibə şəraitində yaşayan Azərbaycanın belə problemləri tezliklə həll edəcəyinə inanmaq çətin olsa da bu işin öhdəsindən layiqincə gəlir. Baxın, 2011-ci ilin əvvəlində prezident tərəfindən anti-korrursiya kamraniyasına başlanıldı, konstitusiya, hüquqi sahədə, iqtisadiyyatda, ordu quruculuğunda və digər sahələrdə islahatlar aparıldı. Azərbaycan Avrora Qonşuluq Siyasətinin (AQS) Fəaliyyət Planının icrası üzrə, xüsusən, makro-iqtisadi sabitlik və yoxsulluğa qarşı mübarizə ilə əlaqədar sahələrdə müəyyən irəliləyişlərin əldə edildiyi vurğulanıb. Ölkəyə ağır təsirsiz ötüşən qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycan ili normal başa vurub. Mütəşəkkil cinayətkarlığa, terrorizmə, mülki dövriyyədən çıxarılmış əşyalarla qanunsuz ticarətə və insan alverinə qarşı mübarizə, həmçinin gender bərabərliyi sahələrində tərəqqi baş verib. Beynəlxalq eksrertlər də bildirirlər ki, iqtisadi uğurları ilə seçilən Azərbaycan siyasi və demokratik islahatların davamlı inkişafı ilə nümunədir. Ölkəmizdə ən mütərəqqi prinsirlərə, beynəlxalq təcrübəyə, demokratiyanın tələblərinə əsaslanan institutlar yaranıb. Demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillərin ölkəmizdə bərqərar olunması istiqamətində mühüm addımlar atılır. Demokratikləşmə prosesinin möhkəmlənməsi ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir.
- Üç güney kafkasya ülkesi ile mukayese edildiğinde azerbaycanda demokratik reformları nasıl değerlendiriyorsunuz.
- Azərbaycanın Cənubi Qafqazda lider olduğunu təkcə biz yox, beynəlxalq ictimaiyyət və Bakıya gələn xarici dövlətlərin rəhbərləri, beynəlxalq təşkilatların rəsmiləri də deyirlər. Beynəlxaq mətbuat da Azərbaycada aparılan islahatların bölgənin lider dövlətinə çevrilməsindən yazır. Onlar ölkəmizin regionda əhəmiyyətli rol oynadığını və gələcəkdə bu rolun daha da artacağını bildirirlər. Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu vurğulayan rəsmilər ölkəmizdə demokratik islahatların da güclü şəkildə həyata keçirildiyini və bunun həmişə aktual bir məsələ olduğunu deyirlər. Qonşu Ermənistana gəldikdə isə o heç vax Azərbaycanla müqayisəyə gələ bilməz. Bu gün Ermənistanda əhali qalmayıb. Ölkə əhalisinin 4 milyonundan 2 milyonu bir parça çörək üçün xaricə qaçıb. Ermənistanın iqtisadiyyatını Rusiya satın alıb. Ermənistan yalnız xaricdəki diaspor təşkilatlarının və bir də İranın köməyi ilə ayaqüstə durub. Bu ölkə xarici borc içində batır. Heç bir zavod və fabrik işləmir, istehsal yoxdur və s. Belə olan haldı ölkədə hansı islahatların aparılmasından söhbət gedə bilər? Gürcüstana gəldikdə isə 2008-ci il avqust müharibəsindən sonra bu ölkə yeni problemlərlə üzləşib. Azərbaycan həmişə Gürcüstana enerji məsələsində yardımçı olub. Bu ölkədə də demokratik islahatlar aparılıb, amma Azərbaycanda olduğu kimi müsbət nəticələr verməyib.
- Azerbaycan dışrolitikası demokratik reformları nasıl etkiliyor.
- Təbii, Azərbaycanda aparılan islahatlar onun xarici siyasətinə müsbət təsir göstərməkdədir. Düzdür, Azərbaycana qarşı ikili standartlardan çıxış edən ABŞ Dövlət Departamenti, Beynəlxalq Böhran Qrupu heç vaxt bu islahatları müsbət dəyərləndirməyib. Həmişə onlar müxtəlif formalarda Azərbaycanın uğurlarını aşağılamağa cəhd gösəriblər. Amma bu rəsmi Bakının xarici siyasətinə heç bir mənfi təsir göstərmir. Məsələn, rəsmi Bakının müəllifi olduğu bir sıra irimiqyaslı layihələrin bütün Avropa üçün dəyərli olduğu məlumdur. Amma qonşu Rusiya və İran, Avropanın bəzi dövlətləri bunun qarşısını almağa cəhd göstərirlər. Amma Azərbaycanı Avropanı enerji asılılığından qurtarmaq istəyir. Azərbaycanın əldə etdiyi nailiyyətlər onun üzv olduğu bir sıra beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirildiyinin sübutudur. Bu islahatların nəticəsi Azərbaycanı beynəlxalq tribuanalarda qəti mövqe nümayiş etdirməsinə yaşıl işıqdır. Dünya da görür ki, artıq Azərbaycan 10-15 il bundan öncəki Azərbaycan deyil.
http://www.kafkassam-merkez.com/index.php?act=content&id=3346&id_cat=9