ADİİM Türkiyə QHT-si ilə əməkdaşlıq edəcək


Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) Qafqaz Strateji Araşdırmalar Mərkəzi (Türkiyə) (Kafkassam) ilə birgə əməkdaşlıq barədə razılaşma əldə edib.
ADİİM-in mətbuat xidmətindən oxucu.info-ya verilən məlumata görə, razılaşmaya əsasən hər iki QHT Qafqazda baş verən ictimai-siyasi vəziyyətin birgə monitorinqini aparacaq, bölgədə münaqişələrin təhlili və müzakirəsi ilə bağlı Türkiyədə və Azərbaycanda dəyirmi masalar təşkil edəcək, informasiya mübadiləsi aparacaqlar.
ADİİM sədri Cavid Şahverdiyevin hər həftə Azərbaycanın xarici siyasət kursunun təhlili Qafqaz Strateji Araşdırmalar Mərkəzinin saytında yerləşdiriləcək. Eləcə də Kafkassam-ın rəhbəri Hasan Oktay ADİİM-in saytında Qafqazda baş verənlərlə bağlı öz fikirlərini bölüşəcək.